Qaddafinin iqamətgahının yerləşdiyi ərazidə döyüşlər gedir

Liviyanın paytaxtı Tripolidə Muammar Qaddafinin iqamətgahının yerləşdiyi ərazidə döyüşlər gedir.

Üsyançıların nümayəndəsi bildirib ki, Tripolinin 80 faizi, o cümlədən şəhərin mərkəzi hissəsi onların nəzarəti altındadır. Qaddafinin yeri isə bilinmir.

Qaddafi rejiminin nümayəndəsi Moussa İbrahim bildirib ki, paytaxtın ələ keçirilməsi zamanı hər iki tərəfdən 1300-dən artıq adam ölüb. O deyib ki, tökülən qanlara görə NATO məsuliyyət daşıyır.