Tunis əsgərlərilə liviyalı yaraqlılar arasında toqquşma olub

Tunisin cənub-qərbində hərbçilərlə bir qrup silahlı liviyalı arasında silahlı toqquşma olub.

Tunisin müdafiə nazirliyi hərbçilər arasında itki olmadığını xəbər verir.

Nazirliyin məlumatına görə, cümə günü axşam sərhəddi maşınlarla keçmiş bir qrup liviyalı hərbi patrulu atəşə tutublar.

Hücum edənləri ələ keçirmək mümkün olmayıb.