Həftənin şəkilləri: 13-19 avqust 2011
İsrail zabitlər Eilat kurortunun yerləşdiyi Qırmızı dənizin 60 kilometr şimalında, Tzihor-da nəzarət-keçid məntəqəsində patruldadırlar. İsrailin Misir sərhədində silahlı dəstə üç dəfə hücum edərək yeddi nəfəri öldürüb, rəsmilər bildirirlər ki, Qəzzadan olan hərbçilər məsuliyyəti öz üzərlərinə götürüblər və Qahirənin yeni hakimiyyəti sərhədlərə nəzarəti itirib.
Ronen Zvulun/ Reuters
Rusiya, Sankt-Peterburq, Petropavlov qalasının yaxınlığındakı gölməçədə turistlərin əksi. Minlərlə turist şəhər qarnizonunun yerləşdiyi və siyasi məhbuslar üçün həbsxana olan qalaya baxmağa gedirlər. Bu qala həmçinin son Rus çarları üçün sığınacaq olub.
Alexander Demianchuk/Reuters
İnsanlar kilsədə Ortodoks keşişdən xeyir-dua alırlar, Yablochny Spas və ya Alma xilaskarı dini bayramı, Minsk, Belarus. Bu bayram vaxtı insanlar əllərində yetişmiş meyvə ilə kilsəyə gəlib, xeyir-dua alır sonra İsanın üç ardıcılından qabaq zühur etməsini bayram edərək meyvələri yeyirlər.
Vasily Fedosenko/Reuters
Ukrayna Prezidenti Viktor Yuşenko 2004-cü il Narıncı inqilab yoldaşı Timoşenkonun əleyhinə ifadə verdiyi məhkəmədən çıxarkən Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonun tərəfdarları müxtəlif şüarlar səsləndirərək, prezidentin maşınını yumurta atəşinə tutublar. Kiyev.
Efrem Luykatsky/AP
Rusiyanın Baş naziri Vladimir Putin (sağda), Baş nazirin Birinci müavini Sergey İvanov (solda) və General-Palkovnik Alexander Zelin Moskvanın kənarında, Jukovskidə keçirilən MAKS-2011 Beynəlxalq Aviasiya şousunda iştirak edirlər.
Mikhail Metzel/AP
Bu video-foto Misir dövlət kanalı tərəfindən çəkilib. Misirin 83 yaşlı keçmiş prezidenti Hosni Mubarakin oğlu Alaa Qahirədə keçirilən məhkəmə zalında qəfəsdə yataqda uzanmış atasını öpür. Mubarak məhkəməsinin növbəti sessiyası üçün Qahirəyə qayıdıb. O korrupsiyada və Misir inqilabında etirazçıların öldürülməsində günahkar bilinir.
ABŞ vitse- prezidenti Joe Biden Pekinə səfəri zamanı qəlyanaltı üçün oturduğu restoranların birində nəvəsi Naomi Biden (çəhrayı geyimli) və gəlini Katlen Bidenə (ağ geyimli). Biden ilk dəfə və ən çox tənqid edilən Asiya turu zamanı Çində olub, onun daha sonra Yaponiya və Monqolustana da səfərləri gözlənir.
Ng Han Guan/Reuters