Məsciddəki partlayışda ölənlərin sayı 40-a çatıb

Bu gün Pakistanın Jamrud şəhərində məsciddə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb. Azı 85 adam yaralanıb. Bu haqda Pakistanın hakimiyyət nümayəndələri məlumat verib.

Partlayış cümə namazı vaxtı baş verib. Hələlik partlayıcının məscidə əvvəldən qoyulduğu, ya da sonradan gətirildiyi məlum deyil.