Şairin məzarına şərab tökülməsi qalmaqal yaratdı

Tanınmış türk şairi Can Yücelin Datça şəhərindəki qəbrinə şərab tökülməsi qalmaqala səbəb olub.

Hakim Ədalət və İnkişaf Partiyasının Datçadakı ilçe başqanı Ahmet Sedat Deniz olayı pisləyib.

Avqustun 12-də məzarı başında keçirilən anım mərasimində şairin yaradıcılığının vurğunları onun məzarı başında şərab içmiş və məzarına da şərab süzmüşlər.

Ahmet Sedat Deniz deyib ki, 1999-cu ildə dünyasını dəyişən şair onun məzarına şərab tökülməsi kimi vəsiyyət etməyib - bu, uydurmadır.

O, şairin ailəsi tərəfindən məzarın yanına üzərində "Çiçəkdən başqa bir şey qoyulmaması rica olunur" sözləri yazılmış lövhə qoyulduğunu xatırladaraq deyib:

"Biz kimsenin içkisiyle uğraşacak değiliz. İstedikleri kadar içip istedikleri kadar sarhoş olabilirler.

Ama bunu yaparken lütfen milletimizin inançlarına, geleneklerine, manevi duygularına küfretmeye, hakaret etmeye kalkışmalarına da sessiz kalacak değiliz. İnsafla düşünmek lazım.

O mezarlıkta yatanları rencide edici harekette bulunma hakkını kim kendinde görüyor? Efendim Can Yücel ’Ben öldükten sonra benim mezarıma şarap dökün’ demiş ve güya vasiyetini yerine getiriyorlarmış.

Can Yücel asla böyle bir söz sarf etmemiştir. Bunun şahitleri hayattadır. Ama bazıları milletin değerleriyle alay etmeyi, milletin manevi duygularıyla oynamayı zevk haline getirmelerinden dolayı bu saçma sapan olayı gerçekleştirmek istemişlerdir.

Ama unutmasınlar bu olayın bir daha tekrar olmaması için var gücümüzle çaba sarf edip yetkililerin atacağı adımların takipçisi olacağız."


Şərab mərasimindən bir neçə gün sonra isə naməlum şəxslər şairin başdaşısını dağıdıblar.

Can Yücel şeirlərində vulqarizmlərdən bol-bol istifadə etsə də, bunu onun sadə və tənqid hədəfini sərrast vuran üslub xüsusiyyəti kimi qəbul edənlər də çoxdur.

Çe Gevara və Mao-dan etdiyi tərcümələrə görə 1971-ci ildə həbsə salınsa da, 3 il sonra bağışlanıb.

O, Türkiyənin tanınmış dövlət xadimi, keçmiş mədəniyyət naziri Həsən Əli Yücelin oğludur.

"Milliyet"