Ukraynada daha iki şaxtaçı həlak olub

Donetsk vilayətində Staxanov adına şaxtada baş vermiş qəza nəticəsində 2 nəfər ölüb.

Bu haqda Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qəzanın nəticələri araşdırılır.

Keçən ay Ukraynada şaxtalarda baş verən qəza nəticəsində 30-dan artıq adam həlak olmuşdu.