İsrailin cənubunda azı 5 nəfər öldürülüb

İsrailin cənubunda, Misir sərhəddinin yaxınlığında törədilmiş hücumlarda azı 5 nəfər ölüb, 10 nəfərsə yaralanıb.

İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, bu hücumların arxasında Qəzzə bölməsindəki fələstin yaraqlıları durur.

İsrailin təhlükəsizlik qüvvələri yaraqlıları təqib edir.

Məlumatlara görə, Eylat yaxınlığında  2 sərnişin avtobusu və  bir neçə avtomobil atəşə tutulub, bundan sonra isə Berşeva şəhərində hərbi patrulun ətrafında partlayış baş verib.