Qlobal iqtisadiyyatın bərpası Çindən asılıdır

Qlobal iqtisadiyyatın bərpası ABŞ və Çinin ümumi dil tapmasından asılıdır. Çində səfərdə olan Amerikanın vitse prezidenti Joe Biden Çinin gələcək lideri hesab olunan vitse-prezident Xi Jinpingə belə deyib.

Jinping gələn ilki seçkilərdə prezident Hu Juntaonun xələfi hesab olunur.

Çinli rəsmi isə bildirib ki, birgə məsuliyyəti bölüşmək üçün daha böyük əməkdaşlığa ehtiyac var.

ABŞ-ın ən böyük xarici borc sahibi Çindir, təxminən istiqrazlarının 1,17 trilyon dollarına sahibdir.

Pekin bir müddət əvvəl ABŞ iqtisadiyyatının defolt vəziyyətinə yaxınlaşması və kredit reytinqlərinin düşməsindən narahatlıq ifadə edib.