Bayılda sürüşmə olub (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov sürüşmə zonasında jurnalistlərə açıqlama verib. Bildirib ki, çatlar təhlükəli deyil.

Baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov sürüşmə zonasında jurnalistlərə açıqlama verib. Bildirib ki, çatlar təhlükəli deyil.

2000-ci ildə ərazidə baş verən sürüşməyə toxunan A. Şərifov sürüşmənin həmin trayektoriya üzrə olduğunu, çatlar boyunca bərkitmə işləri aparılacağını və sürüşmənin qarşısını almağa çalışdıqlarını bildirib.

Baş nazirin müavini ərazidə gedən tikinti işlərinin sürüşməyə təsirini təkzib edib.

**
Gülüstan sarayından 50-60 metr aralıda «Şəhidlər Xiyabanı»nın aşağısından Bayıla doğru çat əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər nazirliyinin ərazidə olan əməkdaşı AzadlıqRadiosuna bildirib ki, çat 2000-ci ildə burda baş verən sürüşmə trayektoriyası boyuncadır. Təxminən 12 gün əvvəl müşahidə olunub. Bir neçə santimetrlik çatlar yaranıb.

Hazırda sürüşmə bölgəsindən 500-600 metr aralıda tikinti işləri gedir. Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşı sürüşməyə tikintinin səbəb olduğunu istisna edib.

Sürüşmə təhlükəsi ilə əlaqədar Bayıl yamacı istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov hadisə yerindədir. FHN-nin qüvvələri təhlükə zonasında bərkitmə işləri aparırlar.

HADİSƏ YERİNDƏN FOTOLAR:


Abid Şərifov

Sürüşmə zamanı yolda yaranan çat