ABŞ-ın vitse-prezidenti Çinə gedir

ABŞ-ın vitse-prezidenti Joe Biden avqustun 18-də Pekinə gedir, Çinin növbəti lideri hesab olunan vitse-prezident Xi Jinpinglə danışıqlar aparacaq. O, gələn ilki seçkilərdə prezident Hu Juntaonun xələfi hesab olunur.

Görüşdə ABŞ-ın borc böhranı da daxil olmaqla bir sıra məsələ müzakirə ediləcək.

ABŞ-ın ən böyük xarici borc sahibi Çindir, təxminən istiqrazlarının 1,17 trilyon dollarına sahibdir.

Pekin bir müddət əvvəl ABŞ iqtisadiyyatının defolt vəziyyətinə yaxınlaşması və kredit reytinqlərinin düşməsindən narahatlıq ifadə edib.