Yuşenko Timoşenkonun məhkəməsində ifadə verir

Ukraynanın keçmiş baş naziri Yulya Timoşenkonun Kiyevdə keçirilən bu günkü məhkəmə prosesində şahid qismində keçmiş prezident Viktor Yuşenko ifadə verir.

Timoşenko 2009-cu ildə Rusiya ilə qaz idxalı ilə bağlı müqavilə bağlayarkən səlahiyyətindən sui-istifadə etməkdə, Rusiyadan olduqca baha qaz almaqda ittiham olunur.

Yulya Timoşenko ittihamları qəbul etmir.