İlyas İsmayılovun oğlu azad edilib

Etimad İsmayılov

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılov avqustun 15-də Çelyabinsk Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.

İlyas İsmayılov AzadlıqRadiosuna bildirib ki, oğlu 5 milyon rubl - 135 min manata yaxın girov qarşılığında azadlığa buraxılıb.

Hazırda Rusiyada olan Etimad İsmayılov yaxın günlərdə Azərbaycana gələcək.

Etimad İsmayılov 2008-ci ilin martında həbs olunmuşdu. 2010-cu oktyabrında çirkli pulların yuyulması və dələduzluq maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilmişdi.