Danimarkada kürddilli televiziyanın bağlanması tələbiylə məhkəmə başlanıb

Danimarkada kürd dilində yayımlanan RojTV-nin qapadılması tələbiylə məhkəmə prosesi başlayıb. İttiham tərəfi telekanalın Türkiyə, ABŞ, və AVropa Birliyində terrorçu təşkilat kimi PKK-nı təbliğ etdiyini əsas gətirib, kanalın bağlanmasını və lisenziyasının ləğvini istəyir.

Roj TV isə PKK-nın yox, kürd xalqının hüquqlarını təbliğ elədiyini iddia edir.