ATƏT-in Bakı ofisinin yeni rəhbəri Bakıya gəlir

ATƏT-in Bakı ofisinin yeni təyin edilən rəhbəri Koray Tarqay avqustun 15-də Bakıya gəlir.

Bu barədə AzadlıqRadiosuna qurumun Bakı nümayəndəliyindən məlumat verilib.

Onun gəldiyi gündən də səlahiyyətlərinin icrasına başlayacağı bildirilir.

Türkiyə vətəndaşı olan Koray Tarqay ATƏT-in Bakı ofisinə rəhbər təyin edilməzdən əvvəl Türkiyənin Çexiyadakı səfiri vəzifəsində çalışıb.

ATƏT Bakı ofisinin bundan əvvəlki rəhbəri Ali Bilge Cankorel də Türkiyə vətəndaşı idi.