Nemtsov Sankt-Peterburqda saxlanıb

Sankt-Peterburqda müxalifət lideri Boris Nemtsov saxlanıb.

Qeydiyyatı olmayan Xalq Azadlıq Partiyasının həmsədri qarşıdan gələn bələdiyyə seçkilərində Peterburqun qubernatoru Valentin Matvienkonun əleyhinə səs verməyə çağıran vərəqələr yayırmış.

O qanunsuz təbliğat aparmaqda ittiham olunur.

Matvionko Federasiya Şurasının üzvü olmaq üçün deputat mandatı almalıdır.

Onun namizədliyini prezident Dimitri Medvedev irəli sürüb.