Əfqanıstanda 7 NATO əsgəri həlak olub

Cümə axşamı Əfqanıstanda ölən NATO qüvvələrinin sayı 7-ə çatıb.

Onlardan biri ölkənin cənubunda yaraqlıların hücumu zamanı öldürülüb.

Ölkənin şərqindəki Kapisa əyalətində isə 1 Fransa əsgəri minaya düşərək həlak olub.

Həmçinin cümə axşamı Əfqanıstanın cənubunda 5 ABŞ əsgəri minaya düşərək həlak olublar.