An-12 təyyarələrinin uçuşu dayandırılıb

Rusiya An-12 təyyarələrinin uçuşunu dayandırıb.

Çərşənbə axşamı An-12 təyyarəsinin Maqadansk vilayətində qəzalı eniş etməsi nəticəsində 11 adam ölüb.

Təyyarənin qalıqları bu gün Omsukçan qəsəbəsinin 80 kilometrliyindən tapılıb.

İstintaq komitəsi iki əsas versiyanı araşdırır-texniki nasazlıq və pilotun səhvi.