Novruz Məmmədov Soçi görüşü barədə

Novruz Məmmədov

Son vaxtlar prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən danışıqlarda «Madrid baza prinsipləri»nə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub.

Bunu «Trend»ə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

«Bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparan dövlət başçıları, sonra Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bu istiqamətdə gedən danışıqlar prosesini müzakirə ediblər. Prezidentlərin mövqeyini belə ifadə etmək olar ki, son vaxtlar prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən danışıqlarda «Madrid baza prinsipləri»nə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub. Buna görə də danışıqları bundan sonra da davam etdirmək lazımdır».

Avqustun 9-da Soçidə Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya prezidenti Dmitri Medvedevin görüşü olub.

Görüşdə prezidentlər ikitərəfli münasibətləri yüksək qiymətləndirərək, bu istiqamətdə səyləri davam etdirmək əzmində olduqlarını bildiriblər.