NATO komandanlığı araşdırmaya başlayıb

Əfqanıstanda NATO komandanlığı cümə günü həlak olmuş ABŞ hərbçilərinin ölümü ilə bağlı araşdırmaya başlayıb.

ABŞ-ın 30, Əfqanıstanın 7 xüsusi təyinatlı hərbçisinin olduğu Chinook helikopteri avqustun 5-də vurulmuşdu. Hadisəyə görə məsuliyyəti talibançılar üstlərinə götürüb.