Həbsaxanada atışma olub, ölənlər var

İraqın Hilla şəhərindəki həbsxanada baş vermiş atışmada azı 3 adam ölüb, 5 nəfərsə yaralanıb.

Ədliyyə nazirliyinin sözçüsü Haider al Saadinin məlumatına görə, insident məhbuslar həbsxanadan qaçmaq istəyərkən baş verib.

Hilla Bağdadın təxminən 95 kilometrliyində yerləşir.