Qasırğaya görə Çində 500 min adam evakuasiya edilib

“Muifa” qasırğası gözlənildiyinə görə Çinin şimal-şərqindəki sahil rayonlarından 500 mindək adam köçürülüb.

Qasırğaya görə şənbə günü Şanxayın 2 hava limanında 200-dən çox reys təxirə salınıb.

Həmçinin hakim dairələr xəbərdarlıq edib ki, metro və dəmiryol əlaqəsi kəsilə bilər.

Qasırğa artıq Filippin, Tayvan və Yaponiyanın Okinava adasına ziyan vurub.