Daşkəsəndə 54 nəfər qidadan zəhərlənib

Arxiv foto

Daşkəsən rayonunun Bayan kəndində kütləvi zəhərlənmə baş verib.

Hadisə avqustun 5-də kənd sakini Hüseyn Cəfərovun həyətində keçirilən nişan məclisində qeydə alınıb. 54 nəfər qidadan zəhərlənib.

Bu barədə Daxili İşlər nazirliyinin məlumatında deyilir.

Zəhərlənənlərin 27-si Gəncə şəhər xəstəxanasına, 17-si Göygöl rayon xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağırdır. Qalan 10 nəfər isə xəstəxanaya müraciət etməyib.