İlham Əliyev yeni Zooloji Parkın tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron rayonunun ərazisində yeni zoopark tikiləcək.

Bunun üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3 milyon manat vəsait ayrılıb.