Amerikalı müsəlmanlar zorakılığa qarşı

Gallup-ın ABŞ-da keçirdiyi son sorğulara görə, müsəlmanlar digər dini qruplarla müqayisədə zorakılığa qarşı daha sərt mövqe tuturlar.

Məsələn, rəyi soruşulan müsəlmanların 78 %-i dinc əhaliyə qarşı hərbi gücdən istifadəni “yolverilməz” sayır, 21 %-i isə bəzən mümkün olduğunu bildirir.

Protestantların ancaq 38, Katoliklərin 39, Yəhudilərin 43, Marmonların 33 faizi dinc əhaliyə qarşı zorakılığa qarşıdır.

Zorakılığa qarşı sərt mövqeyi ilə müsəlmanlara ən yaxın olan qrup ateistlər olub. Ateistlərin də 56 faizi dinc əhaliyə qarşı zorakılığı yolverilməz sayıb.

Dinc əhaliyə qarşı zorakılığa ən çox haqq qazandıran qrup isə sorğuya görə, 64%-lə marmonlar olub.

Adi adamların bir başqalarına qarşı zorakılqıdan istifadəsinə necə baxırsız? Sualına Müsəlmanların 89, Marmonların 79, Ateistlərin 76, Yəhudilərin 75, Katoliklərin və Protestantların isə 71 faizi “yolverilməz” cavabını verib.


Sorğuda bir sual da Amerikadakı müsəlmanların əl-Qaidəyə rəğbət bəsləyib-bəsləməməsi olub. Müsəlmanların 92, Ateistlərin 75, Yəhudilərin 70 faizi amerikadakı müsəlmanların Əl-Qaidəyə rəşbət bəsləmədiyinə əmindir. Katoliklərin ancaq 63, Marmonların 57, Protestantların 56 faizi bu fikirdədir. Qalanları isə, əksini düşünür.