Görkəmli rusiyalı pianoço Nikolay Petrov vəfat edib

Görkəmli rusiyalı pianoço Nikolay Petrovla vida mərasimi Moskva konsevatoriyasında olacaq.

Bu barədə sənətçinin köməkçisi Oleq Dusaev məlumat verib.

Onun sözlərinə görə, o həyat yoldaşının xahişi ilə elə həmin gün Troekurovs qəbristanlığında dəfn olunacaq.

Nikolay Petrov 69 yaşında vəfat edib.

Bu ilin mayında o Minskdə qastrolda olarkən insult keçirmişdi.

Rusiya İncəsənət Akademiyasının prezidenti olmuş Nikolay Petrov dünyanın məşhur orkestrlərində çıxış edib, fesivallar təşkil edib və gənc musiqiçilərə dəstək məqsədilə beynəlxalq xeyriyyə fondu yaradıb.