Fransa keçmiş Panama dikdatorunu ölkəsinə verəcək

Fransa hökuməti keçmiş Panama dikdatoru Manuel Noreqi (Manuel Norieqa) bu ölkəyə vermək fikrindədir.

Panama məhkəməsi 1995-ci ildə Manuel Noreqi siyasi qətllərə görə 20 il qiyabi həbs cəzasına məhkum edib.

Hazırda o pulyuma əməliyyatlarına görə Fransada 7 illik həbs cəzası çəkir.

2010-cu ildə Fransaya verilməzdən əvvəl isə o Birləşmiş Ştatlarda narkotik alveri və pulyuma əməliyyatına görə 17 il həbsdə olub.

1983-1989-cu illərdə Panamaya rəhbərlik etmiş keçmiş general Manuel Noreqi
Birləşmiş Ştatların hərbi müdaxiləsilə devrilib.