Hərbi attaşelərin toplantısı olub

Avqustun 3-də Bakıda Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı olub.

Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib.

Toplantı avqustun 5-dək davam edəcək.