Qəbul imtahanları vaxtı Özbəkistanda bütün mobil telefonların SMS xidməti bağlanıb

Özbəkistanda universietlərdə qəbul imtahanı günü mobil operatorlar İnterneti və SMS xidmətini 4 saatlığa bağlayıblar.

Ölkənin 5 mobil operatoru bunu sistemdə profilaktika ilə izah etsələr də, məlumatlara görə hakimiyyət universitetlərə qəbul imtahanlarında mobil telefondan istifadə olunmasının qabağını almaq istəyib.

28 milyonluq Özbəkistanda 19 milyon mobil telefon var.