Səudiyyə Ərəbistanında hündürlüyü 1 km bina tikiləcək

Səudiyyə Ərəbistanında dünyada ən hündür bina tikiləcək. Bu binanın hündürlüyü 1 km-dən çox olacaq.
Bununla da Dubayda hündürlüyü 828 metr olan Bürc Xəlifə binasının rekordu təzələnəcək.

Bina 1 milyard 230 milyon dollara başa gələcək. 5 ilə tikiləcək.

Tikinti şirkəti Bin Laden Groupla müqaviləni Səudiyyə Şahzadəsi Alvaled bin Talal imzalayıb.