«Ermənistan» gəmisi Kipr limanında dayanır

Zori Balayan (soldan ikinci) «Ermənistan» gəmisində

Yelkənli «Ermənistan» gəmisi avqustun 11-də yunan Kiprinin Limassol limanında dayancaq. Bu gəmi ilə 2009-cu il mayın 28-də Zori Balayanın rəhbərlik etdiyi və insan haqları fəallarının qatıldığı qrup İspaniyadan dünya səyahətinə çıxmışdı. Onlar bu səyahətlə Ermənistanı dünyaya tanıtmaq istədiklərini bildirirlər. Gəmi erməni əlifbasının hərfləri və xristinalığın simvolları ilə bəzədilib. Qarşılama mərasiminə Kiprin və Ermənistanın prezidentləri də qatılacaqlar.

Zori Balayan azərbaycanlılara qarşı kəskin çıxışları ilə tanınır. Onun 1994-cü ildə Bakı metrosunda baş vermiş terror aktında əli olmasına dair iddialarla Azərbaycan beynəlxalq polis təşkilatı olan İnterpola da müraciət edib. Amma erməni mənbələri yazır ki, İnterpol məsələnin siyasi mahiyyəti olduğu üçün onun adını saxlanmalı olan adamlar siyahısından çıxarıb.