Senat ABŞ-ın daxili borc limitini artırma layihəsinə baxacaq

Avqustun 2-də Senatda Amerikanın daxili borc limitinin artırılması layihəsinə baxılacaq.

Dünən Konqresin aşağı palatası layihəni qəbul edib. Layihəni Respublikaçılar partiyasının nümayəndələrinin əksəriyyəti dəstəkləyib, demokratların səsi isə iki hissəyə bölünüb: 95-i lehinə, eyni qədər də əleyhinə çıxıb.

Qanun layihəsinə görə, 14.3 trilyon dollarlıq borclanma limiti 2,4 trilyon artırılacaq. Əvəzində isə hökumət yaxın 10 ildə büdcə xərclərini azaltma öhdəliyi götürür.