Hindistanda növbəti dəmiryol qəzası olub

Hindistanın Qərbi Bengalia ştatında iki qatarın toqquşması nəticəsində 3 adam ölüb, 200-dən artıq adam yaralanıb.

Bu, Hindistanda son bir ayda baş verən üçüncü böyük dəmiryol qəzasıdır.

Hindistan dəmir yollarından hər gün 18 milyon adam istifadə edir.