Hava limanından müharibədən qalmış mərmi tapılıb

Rusiyanın Mineralnıe Vodı şəhərində hava limanı müvəqqəti bağlanıb.

Buna səbəb uçuş-eniş zolağının yaxınlığından mərmi tapılması olub.

İkinci Dünya Müharibəsi dövründən qalmış mərmi qazma işləri zamanı aşkar edilib.

Şəhərə gələn təyyarələr ehtiyat aerodroma düşürlər.