Gürcüstanda qatarların hərəkəti qismən bərpa olunub

Şənbə günü yük qatarının paytaxt Tbilisinin 30 kilometrliyində xətdən çıxması nəticəsində vaqonlardan 12-si aşıb.

Nəticədə Tbilisidən Batumi və Poti istiqamətində hərəkət edən sərnişin qatarlarının hərəkəti bir neçə saat təxirə salınıb.

Hazırda qatarlar 1 xət üzrə hərəkət edirlər.

Qəza zamanı xəsarət alan olmayıb.