Həftənin şəkilləri: 23-29 iyul
İyulun 27-də Lliviyanın paytaxtı Tripolidə din xadimlərinin toplantısı keçirilib. Toplantıdan sonra onların bəziləri Liviya lideri Qaddafinin portreti önünüdə şəkil çəkdirirlər. Foto: REUTERS/Caren Firouz
İyulun 26-da serblərlə kosovlular arasında yeni gərginlik yarandı. Serb gənclər sərhəddə nəzarət məntəqələrindən birini yandırdılar, bir kosovlu polis həlak oldu. Beynəlxalq sülhü mühafizə qüvvələri vəziyyətə nəzarəti ələ aldılar. Foto: REUTERS
2 yaşlı Nune Abdil Somalinin cənubundan quraqlığa görə qaçqın düşən balaca sakinlərdəndir. Afrikanın bu ərazilərində milyonlarla adam aclıqla üzləşib. Foto: AP - Farah Abdi Warsameh
Pakistanda keçən il baş vermiş sel fəlakətində evlərini itirmiş ailələrin yaşadığı çadır düşərgəsində uşaqlara dərman verilir. Foto: REUTERS - Akhtar Soomro
Həmin düşərgədə başqa bir uşaq boş şirə qabı ilə oynayır. Foto: REUTERS/Akhtar Soomro
SSRİ-nin Əfqanıstana hücumundan qalan bu tankın qalıqları yanında indi ABŞ əsgərlərinin postu yerləşib. Şəkil iyulun 26-da Helmand əyalətində çəkilib. Foto: AP - David Goldman
Pakistanda Sülh Koalisyasının fəalları iyulun 27-də Pakistan və Hindistanın Xarici İşlər nazirlərinin görüşünə şamlar yandırıb, dualar oxumaqla uğurlar arzulayırlar. Foto: AFP
İyulun 28-də Um al Far qəsəbəsinə nəzarəti ələ alan müxalifətin döyüşçülərindən biri qəsəbədə Muammar Qaddafinin əsgərlərini axtarır. Foto: AFP - ALESSIO ROMENZI
Bu şəkil iyulun 26-da Moskva küçələrdən birində çəkilib. Müəmmalı portretin müəllifi Rusiya prezidenti Dmitri Medvedevi "Amerika kapitanı" formasında təsvir edib. Foto: AFP - NATALIA KOLESNIKOVA
Serb-Kosovo münaqişəsinin qızışdığı günlərdə beynəlxalq sülhü mühafizə qüvvələrinin tərkibindəki Fransa əsgərləri Kosovo kəndi yaxınlığında mövqe tutular. Foto: REUTERS/Marko Djurica
Əfqanıstanda burqa geyinmiş bu qadın Herat əyalətində xəstəxanaya gedir. Foto: AP/Hoshang Hashimi
Pakistanda Quetta şəhərinin küçələrində boş su qabları daşıyan kişi, şəkil iyulun 26-da çəkilib. Foto: REUTERS/Naseer Ahmed
Əfqanıstanda Qəndəhar əyalətində yola qoyulan minanın partlamasına görə yaralanan yerli əsgərləri həmkarları və ABŞ səgərləri iyulun 29-da tibbi vertolyota çatdırmağa çalışırlar. Foto: AP/Rafiq Maqbool
Quraqlıdan aclıq təhlükəsi qarşısıdna qalan milyonlarla adam Cənubi Somalidən Moqadişuya sığınıb. İyulun 16-da çəkilən bu şəkildə onların bir qismi ərzaq yardımı gözləyir. Foto: AP/Farah Abdi Warsameh
Norveçin paytaxtında iyulun 22-də baş vermiş qırğının qurbanlarını anım mərasimləri keçirilir. Foto: AFP/ODD ANDERSEN
Pakistanda kəndlilər xurma yüklü maşının üstündə iyulun 26-da evlərinə dönərkən. Foto: REUTERS/Akhtar Soomro
İyulun 29-da Ukraynada kömür mədənində partlayışda itkin düşənləri axtaranlar dinəclərkən. Foto: AFP /Alexander KHUDOTEPLY
Həbsdə olan keçmiş Yukos neft şirkətinin ortağı Platon Lebedev iyulun 27-də keçirilən məhkəmə zamanı tərini silir. Foto: REUTERS/Tatyana Makeyeva
Əfqanıstanda köçükn düşmüş bu adam paytaxt yaxınlığında yaşadığı daxmada, 28 iyul. Foto: REUTERS/Omar Sobhani
İyulun 29-da Misir müxalifəti Tahrir meydanında aksiyalarını davam etdirib. Onlar ordunu ölkədə demokratik islahatlar aparmağa çağırırlar. Foto: REUTERS/Mohamed Abd El-Ghany