Gürcüstanda daha 3 «SOCAR» yanacaqdoldurma məntəqəsi açılıb

Gürcüstanda «SOCAR» yanacaqdoldurma məntəqəsi

«SOCAR Georgia Petroleum» MMC Gürcüstanda «SOCAR» brendli daha 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

Yanacaqdoldurma məntəqələrindən biri Kaxetiya bölgəsinin Axmeta rayonunda, daha 2-si isə Tbilisi gölünün yanında və Varketeli qəsəbəsində istifadəyə verilib. Bununla da Gürcüstandakı «SOCAR» yanacaqdoldurma məntəqələrinin sayı 74-ə çatıb.

Bu ilin sonunadək Gürcüstanda tikilib istifadəyə verilmiş «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin sayı 100-ə çatdırılacaq.

2006-cı ildə fəaliyyətə başlayan «SOCAR Georgia Petroleum» MMC ARDNŞ-in «SOCAR Energy Georgia» şirkətinin 100%-li törəmə müəssisəsidir.

Müəssisə Gürcüstan bazarına neft məhsullarını (benzin, dizel, aviasiya yanacağı, sıxılmış qaz, bitum, mazut) idxal edir, SOCAR brendi altında yanacaqdoldurma məntəqələri və neft bazaları tikir.