Lagarde: "Dolların dünyanın əsas ehtiyat valyutası statusuna şübhələr yarana bilər"

BVF-nun prezidenti Lagarde deyib ki, ABŞ-ın borc böhranı dolların dünyada əsas ehtiyat valyutası stasusu barədə şübhələr yaradacaq.

O Amerikada respublikaçıları və demokratları siyasi fikir ayrılıqlarını bir qırağa qoyaraq büdcə xərcləri problemini həll etməyə çağırıb.

ABŞ-ın Nümayəndələr palatasında hökumətin borc limiti haqda qanun layihəsinin səsverməsi cümə gününə kimi təxirə salınıb.
Layihəni respublikaçılar hazırlayıb.
Ancaq layihə Nümayəndələr palatasından keçsə, əksəriyyəti demokratlar olan Senatdan çətin ki, keçə bilsin.