Prezident Göyçayda yol tikintisinə 2,5 milyon manat ayırıb


Prezident Göyçay rayonunun bir sıra kəndlərini birləşdirən yolların tikintisi üçün 2,5 milyon manat vəsait ayırıb.

Dövlət başçısı bu barədə iyulun 28-də sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 1,9 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun tikintisi məqsədi ilə 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,5 milyon manatı Göyçay Rayon İcra Hakimiyyətinə ayrılsın".