Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Fətvada bildirilir ki, Orucluq ibadətin başlandığı, mübarək Ramazan ayının ilk günü bu il Miladi təqvimlə avqustun 1-nə təsadüf edir.

İyulun 31-i Orucluğun niyyət gecəsidir. Şəvval ayı hilalının görünməsindən asılı olaraq, Ramazan – Fitr bayramı hicri təqvimi ilə Ramazan ayının 29-na və ya 30-na – Miladi təqvimi ilə avqustun 30-na və ya 31-nə düşür.