Norveçdəki terrorları araşdırmaq üçün xüsusi komissiya yaradılıb

Norveçdə iyulun 22-də törədilmiş terror aktlarını araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Bu barədə ölkənin baş naziri Yens Stoltenberq bildirib.

O həmçinin qeyd edib ki, bu terror aktları zamanı polisin fəaliyyəti də araşdırılacaq.

Polis bu terror aktlarına ləng reaksiya verməkdə ittiham olunur.

İyulun 22-də sağçı ekstremist Anders Breivikin törətdiyi iki hücumda 76 adam ölüb.