Cabbar Savalanlı həbsdə qaldı

Cabbar Savalanlı

İyulun 26-da saat Sumqayıt Apelyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının şikayətinə baxılıb. Məhkəmə əvvəlki məhkəmə hökmünü qüvvədə saxlayıb.

Mayın 4-də Sumqayıt şəhər Məhkəməsi Cabbar Savalanlını 2 il yarım müddətinə azadlıqdan məhrum edib. O qanunsuz narkotik maddə saxlamaqda ittiham olunub.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.