Avropa Məhkəməsində Azərbaycandan 2500-dən artıq şikayət var

Avropa İnsan Hüquqları Məhkəməsi

Bu il Azərbaycanla Avropa Məhkəməsi arasında 9 şikayət üzrə kommunikasiya başlanılıb.

Bunu jurnalistlərə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib:

«Kommunikasiya başlanılan işlər Avropa Konvensiyasının 5-ci (toxunulmazlıq və azadlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozuntuları ilə bağlıdır. Hazırda Azərbaycan və Avropa Məhkəməsi arasında 120-yə yaxın iş üzrə kommunikasiya aparılır. Həmin işlər Avropa Məhkəməsinin icraatındadır».

Ç. Əsgərov deyib ki, indiyə qədər Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən 41 şikayət üzrə qərar qəbul olunub.

35 işə isə baxılaraq rədd edilib.

Ç. Əsgərov qeyd edib ki, hazırda Avropa Məhkəməsində Azərbaycandan 2500-dən artıq şikayət var. /Trend/