Goran Hadzic Haaqa Məhkəməsinə çıxarılır

Xorvatiya serblərinin keçmiş lideri Goran Hadzic bu gün Haaqa Məhkəməsinə çıxarılacaq. Bu günkü məhkəmədə ittiham elan olunacaq.

Goran Hadzic Balkan müharibəsində hərbi cinayətlər törətməkdə ittiham olunur.
7 il gizlənən Hadzic iyulun 20-də Serbiyada həbs olunub.