Cənubi-Çin dənizində mübahisə nəzarətdən çıxa bilər

ABŞ dövlət katibi Hillary Clinton bildirib ki, Cənubi-Çin dənizindəki ərazi mübahisəsi nəzarətdən çıxa bilər.

O İndoneziyanın Bali adasında keçirilən təhlükəsizlik konfransında çıxış edərkən münaqişə aparan tərəfləri fikir ayrılıqlarını təcili aradan qaldırmağa çağırıb.

Çin Cənubi-Çin dənizini bütövlükdə özününkü sayır.

Həmçinin Bruney, Malayziya, Vyetnam, Filippin və Tayvan dənizin müxtəlif ərazilərinə iddialıdırlar.