Yəməndə hərbi kazarmanın qarşısında partlayış törədilib

Yəmənin cənubundakı Aden şəhərində törədilmiş partlayışda azı 5 adam ölüb, 10-dan artıq adam isə yaralanıb.

Rəsmi məlumata görə partlayış əsgər və silah-sursat aparan maşın karvanı hərbi bazadan çıxarkən törədilib.

Əsgərlər qonşuluqdakı Abyan əyalətində əl Qaida ilə əlbir olan yerli radikal qrupun üzvləriylə döyüşə gedirmişlər.

Partlayışı məhz əl Qaidənin törətdiyi istisna olunmur.