Volqada batan gəmidən daha 3 adamın cəsədi tapılıb

Rusiyanın Fövqəladə Hallat Nazirliyi iyulun 10-da “Bulqariya” gəmisinin Volqada batması nəticəsində 117 adamın ölümünü rəsmi təsdiqləyib.

Bazar gününə keçən gecə çayın dibindən çıxarılmış gəmidən daha 3 qadının cəsədi tapılıb.

Hələ də 5 nəfər itkin düşmüş hesab olunur və onların axtarışı davam edir.

Dalğıclar gəmini bir də yoxladıqdan sonra suyun sorulmasına başlanacaq.