Quşlar Qız Qalasında aparılan bərpa işlərini dayandırıb

Qız Qalası

Qız Qalasında aparılan bərpa və muzey konservasiyası işləri iyulun sonuna kimi dayandırılıb.

Bu barədə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis köməkçisi Elnur Əliyev bildirib.

Buna səbəb Qız Qalasının işlərin aparıldığı hissəsində 1500-ə yaxın quşun yuva salmasıdır:

«1500-ə yaxın quş Qız Qalasının dəmirlərlə hörülən hissəsində yuva salıb. Biz isə onları narahat etmək istəmədik. Qərar verdik ki, hazırda quşların bala çıxarma mövsümüdür, iyulun sonuna kimi işləri dayandıraq». /apa/

Sizin brauzer HTML5-i dəstəkləmir

Qız Qalası yeni donda