Canllı klassik dünyasını dəyişdi

Lüsyen Freydin avtoportreti

Müasir dünya rəssamlığının canlı klassiklərindən sayılan Lüsyen Freyd iyulun 21-də Londonda 89 yaşında vəfat edib.

Psixoanalizin banisi Ziqmund Freydin nəvəsi olan Lüsyen Freydin əsərləri – portretləri və mənzərələri hələ sağlığında on milyonlarla dollara satılırdı.

Məsələn, onun divanda yatan çılpaq kök qadının əks olunduğu “Benefits Supervisor Sleeping” adlanan əsəri 2008-ci ildə Kristi hərracında 33,6 milyon dollara satılmışdı.

Bu həyatda olan rəssam üçün auksion rekordu idi.

Mətbuatın yazdığına görə, rəsmi Britaniyada yaşayan rusiyalı milyarder Roman Abramoviç alıbmış.

Freydin ailəsi Britaniyaya Hitlerin Almaniyada hakimiyyətə gəlməsindən sonra köçmüşdü.

Lüsyen Londonda təhsil almış, 2-ci dünya müharibəsi zamanı donanmada qulluq etmişdi.

Müharibədən sonra Lüsyen bir müddət Parisdə yaşamış, orada tanınmış rəssamlar və kolleksiyaçılarla tanış olmuşdu.

Amma sonradan Britaniyaya qayıtmış və ömrünün sonuna qədər orada yaşamışdı.

L.Freyd fiqurativ rəssamlığın canlı klassiki, “sonuncu dahi modernistlərdən” sayılırdı.

Ömrünün sonlarına yaxın L.Freyd kultu yaranmışdı və onun əsərləri çox baha qiymətə satılırdı.

2001-ci ildə L.Freydə Britaniya kraliçası Yelizavetanın portretini çəkmək də həvalə olunmuşdu.

Rəssam ömrünün 9-cu onilliyini yaşasa da yorulmadan rəsm çəkir, publikada çox görünmürdü.

Lucian Freud. Benefits Supervisor Sleeping. Kristi hərracının İnternet saytından


Lüsyen Freyd. Siqaret çəkən oğlan

Lüsyen Freyd. Frensis Bekonun portreti. Kristi hərracının saytından şəkil. 20 oktyabr 2008