Serj Sarkisyan Dmitri Medvedevin məktubuna cavab göndərib

Serj Sarkisyan və Dmitri Medvedev

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məktubuna cavab göndərib.

Bunu Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan deyib.

D. Medvedevin həm Ermənistan, həm də Azərbaycan prezidentlərinə məktubunu dövlət başçılarına şəxsən xarici işlər naziri Sergey Lavrov təqdim etmişdi. Azərbaycan prezidenti məktuba artıq cavab verib. /apa/