Almaniyada adamları terrora cəlb etmək istəyən şəxs tutulub

Almaniyada “Əl-Qaidə” terror təşkilatı üçün üzvlər cəlb etmək istəyən Əfqanıstan vətəndaşı həbs olunub.

İstintaqın məlumatına görə, 21 yaşlı Omid adamları terror təşkilatına cəlb etmək üçün İnternetdə elan yerləşdiribmiş.

Həmin şəxs Almaniyanın qərbindəki Kassel şəhərində həbs olunub.